• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda maraqlı reyd - Polis turistlə ingilis dilində danışdı - VİDEO

Bakıda maraqlı reyd - Polis turistlə ingilis dilində danışdı - VİDEO
03.09.2018 14:59
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək üçün tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilnə məlumata görə, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib.

Tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub.

YPX əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib.

Tədbir zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçiriblər.

Profilaktik tədbir zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb.

Postda xidmət aparan polis serjantı Elvin Xankişiyev əcnəbilərlə ingilis dilində profilaktik söhbət apararaq, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib.

Yol polisinin bu iradı turistlər tərəfindən aradan qaldırılandan sonra onlar yollarını davam etdiriblər.

Yol Patrul Xidməti əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol