Azərbaycanda dövlət qurumunun əməkdaşı vəfat etdi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı dünyasını dəyişib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin əməkdaşı Yusif Yusifzadə vəfat edib.
Y.Yusifzadə uzun illər Bakı Metropolitenində çalışıb. Son illərdə isə o qurumun mətbuat xidmətinin əməkdaşı, tərcüməçi kimi fəaliyyətini davam etdirib.
Məlumata görə, son vaxtlar xəstəlikdən əziyyət çəkən Y.Yusifzadə bu gün səhər saatlarında 81 yaşında evində dünyasını dəyişib.
Allah rəhmət eləsin!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























