Bakıda süpürgəçi qadınları tikintidə işlədirlər - VİDEO

Bakının Nizami rayonu, Qara Qarayev prospektində süpürgəçilərin yol tikintisində işləməsi iddiası əsassızdır.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi qeyd edib ki, agentlikdə fəhlə qadın işləmir:
"Agentlik tərəfində süpürgəçilərin yol prospektinin çəkilişində işlədilməsi mümkün deyil”.
15:42
Bakının Nizami rayonu Qara Qarayev prospektində çəkildiyi iddia olunan görüntülər müzakirələrə səbəb olub.
Oxu.Az Azxəbər.com-a istinadən xəbər verir ki, videogörüntülərdə süpürgəçi bir qrup qadın tikinti üçün qum daşıyırlar.
Qadınlar onları çəkən şəxsə etirazlarını bildirərək, bu görüntülərin onların işlərini itirmələrinə səbəb olacağını deyirlər.
Görüntülərin konkret hansı tarixdə çəkildiyi məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























