• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sürücülər 30 sutka həbs oluna bilər - VİDEO

Bu sürücülər 30 sutka həbs oluna bilər  - VİDEO
04.09.2018 10:29
Son zamanlar bəzi sürücülər yol polisi onların avtomobillərini hər hansı qayda pozuntusuna görə saxladıqda sənədləri təqdim etmək istəmirlər. Onlar bunu polisdə olan avadanlıqlarla bütün sənədlərin qaydasında olub-olmadığını yoxlamağın mümkünlüyünü əsas gətirərək edirlər. 

Yol polisinin rəsmisi isə polisə sənəd təqdim etməməyin qanunvericiliyə zidd olduğunu, bu hərəkətinə görə sürücünün inzibati həbs də edilə biləcəyinidə bildirir.

Yol polisi avtomobili saxlayır, amma sürücü sənədlərini təqdim etmir. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, son zamanlar belə sürücülərin sayında artım müşahidə edilir. Belə ki, sürücü ''get özün yoxla'' deməklə polisin işini çətinləşdirdiyini düşünür. Amma əslində bunu etmək qadağandır.

Vaqif Əsədovun sözlərinə görə, əslində yol polisi əlində olan avadanlıqlarla sürücünün sənədlərinin olub-olmadığına baxa bilər. Amma tələb edildiyi təqdirdə sənədlərin qəsdən təqdim edilməməsi polisə tabesizlik kimi qiymətləndirilə bilər ki, bunun da kifayət qədər ağır cəzası var.

Vaqif Əsədov onu da bildidir ki, hazırda da zərurət olduğu halda xüsusi avadanlıqlardan istifadə edilərək sürücünün sənədləri yoxlanılır. Əgər sürücünün kimliyini müəyyənləşdirmək mümkün olmursa, o, polis bölməsinə də aparıla bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol