• $
  • €
  • ₽
  • ₺
  • £

Övladları məktəb və bağçaya gedən valideynlərə xəbərdarlıq

Övladları məktəb və bağçaya gedən valideynlərə xəbərdarlıq
04.09.2018 15:00
"Hər il payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılır. Bu səbəbdən də valideynlər mümkün qədər ehtiyatlı olmalıdırlar”.

Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, tədris ilinin başlanması ilə uşaqlar arasında hava-damcı yolu ilə yoluxan virusların yayılma təhlükəsi də artır. 

"Uşaq kollektivləri fəaliyyətə başlayır. Məktəb, uşaq baxçaları, körpələr evi fəaliyyət göstərir. Ona görə də, hava-damcı yolu ilə keçən xəstəliklərin yayılma təhlükəsi var. İlk növbədə valideynlər övladlarında hansısa xəstəlik əlaməti görürlərsə, onları məktəbə və baxçaya qoymamalıdırlar. Bu zaman mütləq həkimə müraciət olunmalıdır. Payız fəslində immunitet zəifləyir. Bu zaman uşağın qidalanmasına diqqət yetirilməlidir”, - deyə Nəsib Quliyev bildirib.

Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir:

"Baxırsan ki, havalar isti keçir. Lakin qəfil hava dəyişir və külək əsir. Bu zaman soyuqdəymə baş verir. Tərləmək uşaqların qalın geyimilə bağlıdır. Valideynlər çalışmalıdır ki, uşaqlar havaya uyğun geyinsinlər. İndi uşağa qalın paltar geyindirsələr, o tərləyəcək. Sonra bədəndə soyuma baş verəcək. Bu zaman da soyuqdəymə xəstəliyi yaranacaq. Buna görə də, uşaqlar hava tempraturuna uyğun geyindirilməlidirlər. Valideynlər diqqət etməlidirlər. Əgər uşaq tərləyibsə, bu zaman onun yaş paltarı quru ilə dəyişdirilməlidir”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol