Yüksək sürət sürücünün həyatına son qoydu - Dəhşətli görüntülər – VİDEO

Paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
ARB TV xəbər verir ki, Lökbatan qəsəbəsində qəsəbə sakini Bilal Hüseyov "AzSamand” markalı avtomobildə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək reklam dirəyinə çırpılıb.
Zərbədən tamamilə deformasiyaya uğrayan avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.
Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəzada xəsarət alan iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib