• $
  • €
  • ₽
  • ₺
  • £

“Qoşa bulaq”da “sevgililər” çılpaq yaxalandılar — Azərbaycandakı hadisənin TƏFƏRRÜATLARI

“Qoşa bulaq”da “sevgililər” çılpaq yaxalandılar — Azərbaycandakı hadisənin TƏFƏRRÜATLARI
05.09.2018 08:36
Goranboy rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Mikayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az "ölkə.az”a istinadən xəbər verir ki, Mikayıl Hümbətov icarə əsasında işlətdiyi Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən "Qoşa bulaq” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil edib.

O, istirahət mərkəzlərinin otaqlarından birində Samirə Əliyevanı (ad və soyad şərti verilib – H. Z.) fahişəliklə məşğul olması üçün 30 manat pul müqabilində Sənanla görüşməsinə şərait yaradıb.

Sənanla Samirə cinsi əlaqədə olan vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Məlum olub ki, Mikayıl Hümbətov Sənan ilə Samirənin intim əlaqədə olmalarına şərait yaradılması üçün qardaşı oğlu Turala göstəriş verib.

İstintaq orqanı tərəfindən Mikayıl Hümbətovun barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl Hümbətov bildirib ki, Sənanla Samirənin intim əlaqədə olmalarına şərait yaradılması üçün qardaşı oğlu Tural ona telefonla məlumat verməyib:

"Ümumiyyətlə, həmin vaxt ora qonaqların gəlməsindən, yemək yeməsindən, polis əməkdaşlarının gəlişindən məlumatım olmayıb. Hadisədən sonra istirahət mərkəzində işləyən kababçı mənə telefonla məlumat verib. Mən də yalnız polis əməkdaşları istirahət mərkəzindən getdikdən sonra hadisədən məlumatım olub və bununla maraqlanmışam.

Mənim Sənan və Samirənin istirahət mərkəzində cinsi əlaqədə olmalarından, buna görə qardaşım oğlu, həmin istirahət mərkəzində Tural Hümbətova 30 manat vermələrindən məlumatı olmayıb”.

Cinayət işi üzrə şahid qismində ifadə verən Sənan bildirib ki, Gəncə şəhərində Samirə ilə görüşüb, ona 50 manat pul ödəməklə cinsi əlaqədə olmağa razılaşıb:

"Samirə ilə birlikdə "Qoşa bulaq” istirahət mərkəzinə gəldik. İstirahət mərkəzinin xidmətçisi Tural Hümbətova yaxınlaşdım. Ona yanımdakı qadınla bizə otaq verməsini xahiş etdim. Tural Hümbətovun 30 manat müqabilində otaqlardan birini verə biləcəyini bildirdi. Tural 30 manatıaldıqdan sonra 1 saylı otağı mənimlə Samirəyə təqdim etdi”.

Şahid qismində ifadə verən Tural Hümbətov qeyd edib ki, istirahət mərkəzindəki otaqlardan birində yatdığı vaxt qapı döyülüb: 

"Yuxudan qalxaraq, qapını açdım. Sonradan adlarının Sənan və Samirə olmasını bildiyim şəxslər yemək yeyəcəklərini dedilər. Sənandan yemək haqqı üçün 30 manat pul aldım. Müştərilər yerləşdikdən bir qədər sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları istirahət mərkəzinə gəldi, özlərini təqdim etdi, istirahət mərkəzinə baxış keçirdilər. Baxış zamanı Samirə ilə Sənan otaqda yarıçılpaq vəziyyətdə aşkar edildilər”.

Tural Hümbətovun sözlərinə görə, obyektə yemək yeməyə 3 nəfər gəlibmiş: "Onlardan biri qız, ikisi oğlan idi. Çay kənarı soyuq olduğu üçün bayırda yemək istəmədilər, onlar örtülü bir yer istədilər. Mən də yemək yemələri üçün onlara zalda yer açdım. Onlar qalmaq üçün məndən yer istəmədilər”.

Goranboy rayon Məhkəməsinin hökmü ilə Mikayıl Hümbətov 400 saat ictimai işlər cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Mikayıl Hümbətov apellyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.

Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Mikayıl Hümbətovun apelyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb.

Bu hökmdən narazı qalan prokurorluq kasasiya protesti verib.

Bu günlərdə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada prokurorluğun protesti araşdırılıb.

Sonda hakim heyəti prokurorluğun protestini təmin etməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol