• $
  • €
  • ₽
  • ₺
  • £

Qaz kəmərlərinin uzandığı kənddə ağaclar baltalanır, nədən?

Qaz kəmərlərinin uzandığı kənddə ağaclar baltalanır, nədən?
07.11.2014 16:21
Qaz ixrac edən, amma öz vətəndaşlarını qazla təmin edə bilməyən Azərbaycanın Qax rayonunda yerləşən İlisunun bu günki durumu şəkildə göründüyü kimidir.İlisuda heç vaxt qaz olmayıb, kəndlilər bütün tarix boyu meşədə odun doğrayıblar. Çünki kəndlilərin başqa yolu yoxdur, qışda odunsuz keçinmək, evi isitmək və yemək hazırlamaq odunsuz mümkün deyil. Evi qaz balonu ilə qızdırası deyillər ki...Keçən ildən İlisuda qaz kəməri çəkilir. Cəmi iki yaşlı işçi çalışdığından işlər çox ləng gedir. Bu ilin yayından isə boruların çəkilməsini ümumiyyətlə dayandırıblar. İlisunun bəzi küçələrinə qaz boruları qoyulub, digərlərinə isə yox. Əgər kəndlilər yük maşını ilə odunun sifarişinə 500 manat xərc çəkirlərsə, amma bir evin qızdırılması üçün iki yük maşını odun lazımdırsa, deməli, onlar qaza artıq ümid bəsləmirlər.Payızın başlanğıcından İlisuda gözlənilmədən su kəməri də tikməyə başladılar. Bu il görünməmiş quraqlığın nəticəsində kənddə içməli suyun qıtlığı səbəbindən sakinlər arasında mübahisələr də yarandı. Su kəmərinin tikintisinə başlanılması kəndliləri bir qədər sevindirdi, amma hər evdən 10 manat pul yığılması, eyni zamanda su borularının evlərə kəndlilərin öz hesabına çəkilməsi məlum olduqda çox kədərləndilər. Naəlac qalan əhali buna da razılaşdı, amma sən saydığını say, gör fələk nə sayır. Təəssüf ki, bu sahədə də işlər çox zəif gedir.Kamal ƏliANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol