• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı qızla erməni qızın dostluğu sosial şəbəkəni bir-birinə vurdu - FOTO

Azərbaycanlı qızla erməni qızın dostluğu sosial şəbəkəni bir-birinə vurdu - FOTO
05.09.2018 14:24
Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadova (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla əməkdaşlığa başlaması sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub.

BAKU.WS xəbər verir ki, Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb:

"Axır ki, Karina ilə real həəyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Amman nahaq yerə. Hər şey möhtəşəm keçdi".

Bu sözlərdən bəlli olur ki, qızlar uzun zamandır virtual həyatda dostluq edirlər. Müxtəlif ölkələrdə yaşadıqlarından görüşmək imkanları olmayıb. Amerikaya gedən Karina fürsətdən istifadə edib Ruslana ilə görüşüb.

Birgə çəkdirdikləri şəkli Kasparyants da öz səhifəsində paylaşıb və Ruslana ilə videoçarxlar çəkməyi planlaşdırdıqlarını, lakin hələ ideya axtarışında olduqlarını qeyd edib.

Azərbaycanlı və erməni qızların dostluğu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi izləyicilərin onların dostluğunu dəstəkləsələr də, bir çoxu Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək bu əməkdaşlığı pisləyib. 

İzləyicilərin bir qismi isə onları təqib etməkdən imtina etdiklərini yazaraq səhifəni tərk ediblər.

Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. Ruslana İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir.

Karina Kasparyants Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb. 
 
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol