• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə qadının əl-ayağını bağlayıb evi ilə birlikdə yandırdılar - ŞOK

Gəncədə qadının əl-ayağını bağlayıb evi ilə birlikdə yandırdılar - ŞOK
07.11.2014 16:15
Gəncə şəhərində yaşayan Pərvanə İsmayılovaya məxsus evdə yanğın baş verib.
ANN.Az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə virtualaz.org-a bildirib ki, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Pərvanə İsmayılovanın yaşadığı mənzildə əllləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol