• $
  • €
  • ₽
  • ₺
  • £

Aşura günü bunları etmək olmaz, ancaq... - İlahiyyatçı

Aşura günü bunları etmək olmaz, ancaq... - İlahiyyatçı
05.09.2018 16:14
Dinimiz özünə zərər vurmağı, fizik xəsarət yetirməyi məqbul hesab etmir, bu hallardan çəkinməyi təşviq edir. Lakin Kərbəla şəhidlərinə yas tutmaq, hüznlənmək də hər bir müsəlmanın haqqıdır.

Bu sözləri Axar.az-a açıqlamasında ilahiyyatçı Rəsul Mirhəşimli deyib. O bildirib ki, Aşura əqidəsi Allah yolunda şəhid olmağın məktəbi sayılır:

"Hər il bu mərasimin böyük izdihamla keçirilməsi Kərbəlada Hz.Hüseyn (ə) və onun tərəfdarlarının şəhid edilməsinə sayğı duruşu sayılır. İnsan ona əziz olanların itkisinə hüznlənir və bu kədərin də nümayiş olunması təbiidir. Çünki kədərli insan adətən hüznünü gizlədə bilmir. Bu kədəri, hüznü yaşayanlara qarışmaq düzgün deyil”.

R. Mirhəşimli Aşura günü keçirilən qanvermə aksiyalarında xalqımızın fəallıq göstərdiyini bildirib:

"Artıq neçə ildir ki, Aşura günü QMİ-nin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir. Hesab edirəm ki, bu ənənə artıq xalq arasında geniş yayılıb. Bu müsbət ənənə yetərincə təbliğ olunur. Çünki artıq illərdir heç bir çağırış olmadan vətəndaşlar bu savab işi yerinə yetirməyi özünə borc bilir”.

Qeyd edək ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fitva verib. Fitvaya əsasən, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol