• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Rusiya və Ermənistanı çox qorxudan hücumu

Azərbaycanın Rusiya və Ermənistanı çox qorxudan hücumu
29.05.2020 03:59
İrəvanda qanın su yerinə axmasına çox az qalıb
Erməni KİV-ləri İrəvanda baş nazir Nikol Paşiyanla keçmiş prezident Robert Koçaryan başlayan savaşın əsasında 2016-cı ildə baş vermiş aprel döyüşləri durduğunu yazırlar.
Məsələyə məqalə həsr etmiş erməni analitka saytı "Lragir” bunun qərbçilərlə rusçular arasında başlayan bir savaş olduğunu vurğulayır.
Saytın analitiki Akop Badalyan bildirir ki, Rusiya cibində daşıdığı Ermənistandan Azərbaycana təsir vasitəsi kimi istifadə edir. "Aprel döyüşlərinə qədər Moskva bu prinsipi rəhbər tuturdu, amma müharibə belə yanaşmanın həm Ermənistan, həm də Rusiya üçün təhlükəli olduğunu göstərdi”,- deyə analitik vurğulayır.


Yəni Akop Badalyan dolayısı ilə vurğulayır ki, aprel döyüşlərində Azərbaycan göstərdi ki, işğal edilmiş torpaqları müharibə ilə də geri ala bilər: "Azərbaycan heç zaman Rusiyanın təsir zonasına düşməyəcək”,- deyə erməni analitik bildirib. 



Aprel döyüşlərinin ssenarisi

Badalyanın fikrincə, Ermənistanın yeni baş naziri və komandası ölkəni Rusiyanın "cibindən” çıxarmağa çalışır. "Ermənistan cib faktoru olmamalıdır. Paşiyanın Moskvaya qədərki bəyanatları ehtimal etməyə imkan verir ki, o, Moskvaya heç də cib əhvalı ilə getmir”,- deyə Badalyan erməni baş nazirin sentyabrın 8-inə Rusiyaya nəzərdə tutulan səfəri barədə danışır.


Amma belə görünür ki, Moskvanın Nikol Paşiyanla ciddi münasibət qurmağa həvəsi yoxdur. Bunu hətta Rusiyanın ermənipərəst "Reqnum” portalı qeyd edir. "Paşinyanın partiyası bu gün parlamentdə çoxluq belə deyil, onun hakimiyyəti havadan asılıdır”,- deyə portalın ermənipərəst analitki Stanislav Tarasov vurğulayır.
 Ermənistanda dərc olunan "Qraparak” qəzetinin yazdığına görə, Robert Koçaryan və tərəfdarları Paşiyanı hakimiyyətdən salmaq üçün ciddi çalışırlar. Onlar Rusiyanın müxtəlif dairələrinə Paşiyanın "Soros uşağı” olmasını çatdırırlar. "Qraparak”  Koçaryan və tərəfdarlarının Ermənistanı Rusiyanın quberniyasına çevirəcəyini düşünürlər.
Ümumiyyətlə, erməni KİV-lərinin yazdığına görə, əhalinin 70 fazi Paşiyanın, 30 faizi Koçaryanın tərəfdarıdır. 30 faiz kiçik rəqəm deyil  və hərbi qiyam, yaxud vətəndaş müharibəsinə qalxmaq üçün stimul verir. Özü də, Ermənistandakı Rusiya hərbi bazası, həmçinin Qarabağ klanına məxsus komandirlərin nəzarətində olan Ermənistan ordusu Koçaryan tərəfdarlarını dəstəkləyə bilər. Yəni Ermənistanda vətəndaş müharibəsinin başlayacağına və qanun su yerinə axacağına elə də çox qalmayıb. 
İstiPress






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol