• $
  • €
  • ₽
  • ₺
  • £

Belçikada 5 uşaqlı azərbaycanlı ailə qarşı qeyri-insani addım

Belçikada 5 uşaqlı azərbaycanlı ailə qarşı qeyri-insani addım
06.09.2018 22:49
Belçikada Azərbaycandan olan 5 uşaqlı ailə uşaqları ilə birlikdə həbsxanaya salınıb. Virtualaz.org xəbər verir ki, buna səbəb ailənin sığınacaq müracətinin rədd edilməsinə baxmayaraq ölkəni tərk etməkdən imtina etməsidir. Ölkəni tərk etmək tələbini yerinə yetirmədiyinə görə Belçikada ailənin bütün üzvlərinin həbsxanaya salınması bundan əvvəl cəmi bir dəfə -ötən ay baş verib.
 
Bildirilir ki, azərbaycanlı ailə Steenokkerzeel həbsxanasına salınıb. Onların barəsində deportasiya qərarı verilənə qədər həbsxanada qalacaqları açıqlanıb. Belçika dövləti bundan əvvəl Serbiyadan olan 4 uşaqlı ailəni avqustun 14-də həmin həbsxanaya yerləşdirib. Həmin hadisə Belçika ictimaiyyətində geniş narazılığa səbəb olub.
 
 Mühacirlər üzrə dövlət naziri Theo Francken ötən gün sosial şəbəkələr üzərindən yaydığı açıqlamada azərbaycanlı ailənin Steenokkerzeel həbsxanasına yerləşdirildiyini bildirib. Nazir qeyd edib ki, sığınacaq tələbi rədd edilənlərin ölkəni tərk etməkdən imtina etməsi kimi qanunsuz hallara qarşı bundan sonra da laqeyd qalmayacaqlar.

Azərbaycanlı ailənin həbsxanaya salınmasına etiraz edən "NotİnMyName” insan haqları qrupu və bir çox qeyri-hökumət təşkilatları sentyabrın 14-də aksiya keçirəcəklərini bildiriblər. İnsan haqları müdafiəçiləri uşaqların həbsxanaya salınmasının yolverilməz olduğunu və buna yol açan qərarın qüvvədən salınması üçün Belçika Dövlət Şurasına müraciət edəcəklərini bildiriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol