• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən valideynlərin üzünü güldürən – Açıqlama

Nazirlikdən valideynlərin üzünü güldürən – Açıqlama
06.09.2018 15:58
Yeni dərs ilinin başlaması məktəblərdə yaşanan ümumi məktəbli forması problemini yenidən gündəmə gətirib.

Axar.az xəbər verir ki, bəzi məktəb-liseylərin daxili qaydalarına uyğun olaraq, özlərinin formasının olması müəyyən anlaşılmazlığa yol açır. Belə ki, liseylər adətən standart formadan qismən fərqlənən (rəng və məktəbin adını bildirən etiket) geyimlərdən istifadəyə üstünlük verirlər. Valideynlər isə formalardakı dəyişiklik haqda məktəb rəhbərliyinin gec məlumat verməsi səbəbindən ikiqat xərcə düşdüklərindən şikayətçidirlər.

Hazırda bir neçə liseydə belə bir anlaşılmazlıq yaranıb: valideynlər ötənilki formadan alsalar da, lisey xırda rəng dəyişikliyi olan forma barədə məlumatı valideynlərə bir neçə gün öncə göndərib. Həmçinin bildirilib ki, çətinlik çəkənlər sözügedən formaları pulunu ödəməklə məktəbdən götürə bilərlər. Bu anlaşılmazlıq isə narahatlıq doğurub və artıq forma alan valideynlər çıxılmaz duruma düşüblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov növbəti dəfə bu məsələ ilə bağlı verdiyi rəsmi açıqlamada bildirib ki, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz:

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsil alanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur. Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər.

Məktəbli formasının satışı və alışı ilə bağlı məcburetmə tədbirləri də ola bilməz. Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz və ya özləri bu satışı həyata keçirə bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol