Əcnəbi ölkədə öldürülən azərbaycanlı qadınlar

Son dövrlər xarici ölkələrdə istər ailə-məişət problemi, istərsə də xuliqanlıq zəminində öldürülən qadınların sayı kəskin şəkildə artıb. Əcnəbi ölkədə öldürülən qadınlar arasında azərbaycanlıların da olması istisna deyil.
BiG.AZ saytı həmin qadınların bir neçəsini təqdim edir:
2016-cı ilin noyabrında Türkiyədə Ardahan vilayətində 26 yaşlı azərbaycanlı Aydan B. əyləncə mərkəzindəki otağında tapança ilə vurularaq öldürülüb.
2017-cı ilin oktyabrında İraqda, əsir düşərgəsinə bomba atılması nəticəsində azərbaycanlı İlahə Əliqulu qızı Abdullayeva və onun beş uşağı öldürülüb.
Trabzon şəhərinin Ortahisar bölgəsində yaşayan Gülxanım Əkbər adlı 33 yaşlı azərbaycanlı qadın qardaşı, 30 yaşlı Əli Əkbər tərəfindən bıçaqlanaraq öldürülüb. İddiaya görə, Əli Əkbər bacısını pula görə öldürüb.
Keçən ay Türkiyədə - Konyada 50 yaşlı Azərbaycan əsilli Saibə Yüksəlir adlı qadın 4 il birlikdə yaşadığı evli sevgilisi, 46 yaşlı kolleksiyaçı Rahim A. tərəfindən öldürülüb.
İyunun 14-də də Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda yaşadığıı kişi tərəfindən öldürülmüşdü. Vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla birgə yaşadığı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Qeyd edək ki, Parların H.Hüseynovadan 2 uşağı var.
Daha bir azərbaycanlı qadın 33 yaşlı Türkay İsayeva bu ilin aprel ayında Türkiyənin Dənizli bölgəsinin Pamukkale vilayətində qaldığı mənzildə döyülərək öldürülmüşdü. Azərbaycan vətəndaşı, 2 uşaq anası olan T. İsayevanın meyiti qonşuları tərəfindən aşkarlanmışdı.
Daha bir azərbaycanlı qadın Balıkəsir rayonunun Bigadiç qəsəbəsində öldürülüb. Belə ki, 68 yaşlı Ş.F 4 aydır birlikdə yaşadığı Azərbaycan əsilli Türkiyə vətəndaşı, 66 yaşlı Samaya K. ilə mübahisə edib. Mübahisə nəticəsində Samaya K. evi tərk etmək istəyib. Lakin bununla razı olmayan Ş.F Samaya K.-nı şərflə boğaraq qətlə yetirib. Qətldən sonra Ş.F. Polis Şöbəsinə gələrək təslim olub.
Tatarıstanda azərbaycanlı Elnarə Qaraxanova gözəl olduğuna görə sevgilisi tərəfindən öldürülüb. Belə ki, Milli Qvardiyada xidmət edən 28 yaşlı əsgər 21 yaşlı sevgilisi Elnarə Qaraxanovanı qısqandığına görə eyvandan atıb. Qızı əvvəlcə vəhşicəsinə döyən Marat Saxapov hadisəni törədən zaman içkili olub. Marat Elnarənin üzünü tanınmaz hala saldıqdan sonra onu 18 metr hündürlükdən atıb. Elnarə hadisə yerindəcə keçinib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























