• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü "Lotu Quli"nin qardaşı kimi təqdim etdi, "Şeron"un keçmiş üzvlərini soydu

Özünü "Lotu Quli"nin qardaşı kimi təqdim etdi, "Şeron"un keçmiş üzvlərini soydu
07.09.2018 23:41
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədov barələrindəki hökmdən Ali Məhkəməyə şikayət ediblər.
Anews.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum olunan şəxslərin məhkəmə prosesi oktyabrın 30-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək. 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov, A.Məmmədov, V.Bağırovun hər biri 10 il, G.Xəlilov 12 il, İ.Həsənov isə 12 il müddətində azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər özlərini "Lotu Quli"nin qardaşı "Lotu Namiq"in adamları kimi təqdim ediblər. Onlar 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvar ayınadək "Şeron" qrupunun sabiq üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 12 min manat və 4 min ABŞ dolları tələb ediblər və pulun çatdırılması üçün vaxt qoyublar. Təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayının əvvəllərində Sabunçu rayonunda İntizar Məmmədovla Ramil Qasımovun hər birindən 500 dollar alıblar. Daha sonra isə İ. Məmmədovun "Mercedes Benz" markalı avtomobilini əlindən alaraq, verəcəyi pulun 10 min manatını çıxıblar.

Onlar 2016-cı ilin noyabr ayının 30-da R. Qasımovdan 4 min dollar alıblar. Ötən ilin yanvar ayının 6-da isə R. Qasımovdan qalan 12 min manatı istəyərkən tutulublar. Həmin şəxslərə Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə Binəqədi Rayon Prokurorluğunda Ə. Quliyevin cinayət işinə xitam verilib. O, Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol