• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçının işindən xəbər var

Fədayə Laçının işindən xəbər var
10.09.2018 11:42
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşı Vüsalə  Soltanova ifadə verib.

O ifadəsində deyib ki, məhbusların qaçmasına kömək edən Aqil adlı şəxsi tanıyıblar: 

"Aqil həyat yoldaşıma zəng vururdu, onlar telefonla danışırdılar. Ancaq konkret nə barədə danışıldığını bilmirəm”. 

Masallıda Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Bəşir Bəşirov qatardan qaçan məhbus Ə. Ağaminin dəfələrlə onun qəbuluna gələrək, özünə qəsd edəcəyini deyib: 

"Ağami bizə aprel və may aylarında gəlirdi. Hər dəfə daxili qaydaları pozurdu, özünü öldürmək istəyirdi. Bütün bunlara görə biz onu geri qaytarırdıq. Mən onun hərəkətləri ilə bağlı hakim köməkçisinə məlumat verdim”. 

Hakim isə şahidin bu ifadəsinə etiraz edib, məhkəmənin qərarı olduğu halda, məhbusu qəbul etməməyin cinayət tərkibi yaratdığını deyib. 

Təqsirləndirilən Ə.Ağami də şahidin ifadəsinə etiraz edib. O deyib ki, yalnız bir dəfə özünə xəsarət yetirməyə cəhd edib. 

Digər təqsirləndirilən keçmiş qarovul rəisi Ceyhun Səmədov deyib ki, Etibar Məmmədov və Əli Ağamini saxlama təcridxanası qəbul etmək istəməyib: 

"Hələ biz oraya çatmamış xəbər gəldi ki, bu məhbusları qəbul etməyəcək, geri qaytaracaqlar”. 

Proses sentyabrın 12-də davam etdiriləcək. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol