• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şərabdan içib, maşın sürə bilərsiniz – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Bu şərabdan içib, maşın sürə bilərsiniz – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
10.09.2018 15:05
Az-Qranata MMC-nin "Rübai Mədrəsə” şərabını içib sükan arxasına əyləşsəniz, polis sizi saxlamayacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri "Az-Granata" şirə və şərab emalı zavodunun direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov içki  həvəskarlarını maraqlandıran spirtsiz şərabla bağlı Modern.az-a müsahibəsində bildirib.
 
MMC rəsmisi qeyd edir ki, Az-Qranata MMC istehsalı olan "0 faiz spirtli” məhsulu içib rahatlıqla sükan arxasına əyləşmək olar:
 
"Çünki heç bir polis yoxlama zamanı spirt aşkarlaya bilməz. Adi limonad kimidir. Sərxoş olmaq da mümkün deyil. Mən əminəm ki, yaxın gələcəkdə toylarda limonadların əvəzinə bizim spirtsiz məhsullarımız veriləcək”.
 
Qeyd edək ki, "0 faiz spirtli” içki hazırlanarkən əvvəl tərkibində spirt olur. Daha sonra çaxır Almaniya istehsalı olan vakuum aparatına göndərilir. 40 dərəcə selsi temperaturda qaynayır. (Adi su 100 selsi dərəcədə qaynayır). Qaynayanda mayenin üstündəki su sorulur, sorulduqca orada vakuum yaranır. Vakuum yarananda maye 100 yox, 40 dərəcədə qaynamağa başlayır. Qaynama zamanı spirt ən tez uçur. Spirt adi şəraitdə 78 dərəcə selsidə qaynayır. Vakuum aparatında 40 dərəcə selsidə qaynayan çaxırın tərkibindəki spirt tamamilə yox olur. Ona görə də şərabın dadında heç bir kənar tamlar əmələ gəlmir.
 
Bildirək ki, bu şərab Azərbaycan tarixində ilk dəfə Az-Granata MMC-də istehsal edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol