• $
  • €
  • ₽
  • ₺
  • £

İtalyan şirkəti azərbaycanlı milyarderi məhkəməyə verib.

İtalyan şirkəti azərbaycanlı milyarderi məhkəməyə verib.
28.05.2020 22:01
Tanınmış italyan şirkəti azərbaycanlı milyarder Fərhad Əhmədovu məhkəməyə verib.
 
Oxu.Az xəbər verir ki, bu barədə Open.az saytı yazıb.
 
Məlumata görə, "Paghere Green Service Societa Agricola S.R.L” şirkəti azərbaycanlı milyarder və onun şirkəti barəsində iddia qaldırıb.
İddiada bildirilir ki, Fərhad Əhmədova məxsus "Baku Caspian Real Estates Limited” MMC italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib.
Qeyd olunur ki, xarici şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən altı hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı müqavilə imzalayıb.
 
Müqaviləyə əsasən, italyan şirkətinə bu işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməli imiş. Lakin işlərin yekunlaşmasına az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəməkdən boyun qaçırıb və italyanları hədə-qorxu ilə ərazidən çıxarıb.
Bununla bağlı "Paghere Green Service Societa Agricola S.R.L” şirkəti London Məhkəməsinə müraciət edərək maddi və mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb.
 
Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi, vəkil Kamandar Nəsibov bildirib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.
Qeyd edək ki, milyarder Fərhad Əhmədov Rusiyada yaşayır. O, "Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.
 
Milyarderin adı bir müddət əvvəl keçmiş arvadı ilə məhkəmə qalmaqalında keçib. Belə ki, milyarder Böyük Britaniya məhkəməsinin qərarına əsasən, keçmiş həyat yoldaşına 584 milyon dollar (453 milyon funt sterlinq) ödəməli olub. Bu, Britaniya tarixində boşanma prosesində ödənilmiş ən böyük məbləğdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol