Qaradağda ağır qəza: ölən var

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
www.anews.az
DİN-dən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 8-də saat 07:00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakini İmamhüseyn Ağayev idarə etdiyi "VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış qəsəbə sakini Rəcəbəli Nəcəfovun idarə etdiyi "Hyundai” markalı avtobusa vurub.
Nəticədə İ.Ağayev hadisə yerində ölüb, üç sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























