• $
  • €
  • ₽
  • ₺
  • £

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilə bilər
06.11.2014 23:07

Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 Bu məsələ artıq parlamentdə hazırlanan yeni qanun layihəsinə də daxil edilib.

ANN.Az Trend-ə istinadən məlumat verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvi Musa Qasımlı qeyd edib ki, yeni hazırlanan “Elm haqqında” qanun layihəsində elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun təmin edilməsini dövlət öz üzərinə götürür. Möhlət hüququnun verilməsində məqsəd təhsilin fasiləsizliyini təmin etməkdir.

M.Qasımlı deyib ki, möhlət hüququnun olması hərbi xidmətdən azad edilmək anlamına gəlmir. Möhlət hüququ bitdikdən sonra həmin şəxslər Vətən qarşısında öz borclarını verməlidirlər: “Əgər tələbə magistraturada oxuyursa, ona təhsil aldığı iki il üçün möhlət hüququ verilir. Magistraturanı bitirən kimi, o, həqiqi hərbi xidmətə çağırılır”.

Qeyd edək ki, magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi bir neçə dəfə Milli Məclisdə qaldırılsa da, bu məsələ qanunvericiliyə daxil edilməyib.

“Elm haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulub.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol