• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli"yə qarşı çıxan kriminal avtoritet saxlanıldı

"Lotu Quli"yə qarşı çıxan kriminal avtoritet saxlanıldı
10.09.2018 21:09

Ukraynada "Robik” ləqəbli kriminal avtoritet saxlanılıb.


Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat verib.


Onun sözlərinə görə, polisə silahlı bir qrup naməlum şəxsin cipdə şəhər üzrə dolaşması barədə şikayət daxil olub.


Qısa zamanda əsayiş keşikçiləri "Toyota Sequoia” markalı avtomobili saxlayıblar. Bu zaman maşında olanlardan birinin "qanuni oğru” Gilani Sedoyun əlaltısı "Robik” olduğu məlum olub. Maşında Kalaşnikov markalı avtomat da aşkarlanıb. Silah üçün gərəkli lisenziyanın isə müddəti başa çatmış olub.


Məlumata görə, Çeçenistandan vətəninə qayıdan "Robik” himayədarının göstərişlərinə əsasən, maliyyə axınını çeçen "qanuni oğru”larının xeyrinə yenidən bölüşdürülməsilə məşğul olub. Abroskinin sözlərinə görə, "Robik”in tapşırığı Ukraynadan Rusiyaya reysə çıxan şəxsi avtobusların sahiblərini və sürücülərini əvvəlki kimi Oleq Bakinskiyə yox, Gilani Sedoya ödəniş etməyə razı salmaqdır.



Qeyd edək ki, Kiyev kriminal avtoriteti Oleq Krapivinin (Oleq Bakinski)”qanuni oğru” Nadir Səlifov (Lotu Quli) ilə əlaqəli olması barədə məlumat var. Krapivinin bu ölkədə "Lotu Quli”nin maraqlarına xidmət etdiyi bildirilir. Bu ehtimalı doğrultan başlıca məqam isə ondan ibarətdir ki, ötən ilin oktyabrında Qulinin azadlığa çıxmasından sonra Ukraynadakı tərəfdarları fəallaşıb. Hansı ki, onlar sadəcə "himayəçilik”lə deyil, biznesmenlərin oğurlanmasıyla da məşğuldurlar.


Yeri gəlmişkən, Quli və çeçen qanqsterlərin maraqları artıq Moskvada toqquşub. Ötən ilin sonlarında tərəflər arasında bir neçə paytaxt bazarına nəzarət uğrunda konflikt yaranıb. İndisə yeni döyüş meydanı Ukrayna ola bilər.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol