• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblər necə mühafizə edilir?

Məktəblər necə mühafizə edilir?
11.09.2018 12:27
Bir neçə gündən sonra yeni dərs ili başlayır. Məktəbliləri qarşıda gözləyən 9 aylıq dərs ilində valideynləri xüsusilə düşündürən uşaqların təhlükəsizliyinin təminatıdır. Bu da məktəbin mühafizə sistemindən asılıdır.

Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin mühafizəsi baxımından iki qurum iş aparır:

"Tədris ilinin başlanmasına az qalmış təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır.

Amma etiraf edək ki, bütün məktəblərin mühafizəsi mümkün deyil. Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və o sayda orta ixtisas, 100-ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır.

Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri , özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər”.

Ekspert bildirib ki, qanunvericilik aktlarına uyğun olaraq orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb:

"Eyni zamanda qeyd edim ki, bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar.

Bildirim ki, nə 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda, nə də Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində məktəblərin mühafizəsi ilə bağlı hər hansı bir məsələ göstərilib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır”.

K.Əsədov bildirib ki, məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir:

"Bu gün məktəbləri bəzən tədaüqdçü nənə və babalar mühafizə edir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına maneə olur. Amma baş verə biləcək hansısa neqativ hadisədən onlar məktəbi mühafizə etmək gücündə deyillər”.

Ekspert təklif edir ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol