• $
  • €
  • ₽
  • ₺
  • £

Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub?

Səkkiz min ərəb Bakıda QİÇS-ə yoluxub?
11.09.2018 15:56
Azərbaycana gələn səkkiz min ərəb turistin QİÇS-ə tutulması həqiqəti əks etdirmir.

Bunu Oxu.Az-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib.

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:

"Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Bu, necə ola bilər? Bu cür statistik rəqəmləri nəyə əsaslanıb, yayırlar, bilinmir. Rəqəmlərin haradan götürülməsi, nə dərəcədə düzgün olması araşdırılmayıb. Kimin ağlına nə gəlir, onu da deyir”.

Bakıda ərəb üç fahişənin əhatəsində öldü
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə isə bildirib ki, ərəb bloqerin iddia etdiyi rəqəmlər fakta əsaslanmır:

"Həmin bloqerin çəkdiyi görüntüləri hər bir şəxs digər ölkələrdə də çəkə bilər. Hər bir ölkədə gənclər gecə klublarına gedir, əylənirlər. Bu barədə çəkilişlər etmək olar. Heç bir fakta əsaslanmadan mənbəyi bilinməyən rəqəmlər səsləndirir. Həmin bazarlarda aktiv marketinq işlərinə başlayırıq. Bu məsələdə xüsusi şərhə ehtiyac yoxdur. Ali Əthab adlı bloqerin peşəkarlıq səviyyəsi nədirsə, onu da ortaya qoyub”.

Qeyd edək ki, ərəb bloqer Ali Əthab Azərbaycana gələn turistlərin həyat tərzi haqqında videoreportaj hazırlayıb.

Reportajda Bakıya gələn ərəblərin gecə həyatı, onların klublara getməsi, yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olmaları barədə məlumatlar yer alıb. 

Bloqer qeyd edib ki, səkkiz min ərəb Bakıda QİÇS xəstəliyinə yoluxub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol