• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan xüsusi xidmət rəhbərlərinin gizli söhbəti yayıldı – AUDİO

Ermənistan xüsusi xidmət rəhbərlərinin gizli söhbəti yayıldı – AUDİO
11.09.2018 19:30
"YouTube” servisində bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Koçaryanın, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirələr etdikləri telefon danışığı yerləşdirilib. 
Oxu.Az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu danışığın olduğunu təsdiqləyib.
Audioyazıda Xaçatryan deyir ki, yaxın vaxtlarda Koçaryana qarşı ittiham irəli sürüləcək və o, həbs olunacaq, həmçinin bildirilib ki, Xaçaturova qarşı da ittiham irəli sürüləcək. 
MTN direktoru buna cavab olaraq, Xaçaturova toxunmamaqla bağlı xəbərdarlıq edib. 
"O, KTMT-nin rəhbəridir, ona dəymək lazım deyil (...) biabır olacağıq (...) Heç olmasa başqa yerə getməmək haqqında iltizam tədbiri görülsün. Rusiyalılarla çətinliklə barışmışam (...) İndi biabır olacağıq”, - Ermənistan MTN-nin direktoru bildirib. 
"Onu bağlamayaq? O, artıq bizdədir. Baş nazirlə danış, mən ona həbs-qətimkan tədbirinin seçiləcəyini demişəm”, - Xaçatryan cavab verib. 
Digər telefon danışığında Vanetsyan Xaçaturov işində ehtiyatlı olmağa çağırıb. 
"Xaçaturovla bağlı diqqətli olun, baxmayaraq ki, o (Paşinyan – red.) bağlanmasını tapşırıb (Xaçaturovun həbsini). Rusiyalılar əsəbidirlər”, - Vanetsyan deyib. 
Bu audioyazını şərh edən Nikol Paşinyan bəyan edib ki, dinlənilməni 2008-ci il hadisələrinin araşdırılmasına qarşı olan şəxslər həyata keçirib. 
O əlavə edib ki, Ermənistanın sabiq prezidentləri Koçaryan, Sarqsyan, sabiq baş nazir Ovik Abraamyan və digər məmurlar "taladıqları malların geri qaytarılmasının vaxtının çatdığını” başa düşürlər. 
Ermənistan hökuməti bu işlə bağlı araşdırmaların davam edəcəyini vəd ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol