• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda intim fotolarla şantaj edilən evli qadından xəbər var

Bakıda intim fotolarla şantaj edilən evli qadından xəbər var
12.09.2018 11:42
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Anews.az "oxu.az”a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə E.İsmayılov özünü təqsirli bilməyib.

O deyib ki, zərərçəkmiş şəxsi şəkilləri ilə heç vaxt şantaj etməyib, yalnız onunla aralarında pul söhbəti olub: 

"Onun mənə müəyyən qədər borcu olub. Mən yalnız onu tələb etmişəm, hədə-qorxu gəlməmişəm. Sosial şəbəkədəki yazışmalarımızı da araşdıra bilərsiniz”. 

Zərərçəkmiş qadın isə E. İsmayılova dəfələlə pul verdiyini vurğulayıb:

"Bu adamın ayaqqabısından corabına qədər mən almışam. İki ay kirayə pulunu vermişəm, problemi çıxanda həll etmişəm. Hər həftə yeməyinə 100 manat pul ödəmişəm”. 

E.İsmayılov isə qadının dediklərini təkzib edib. Buna görə həmin şəxslər arasında məhkəmədə mübahisə düşüb.

İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.

O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib.

Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol