• $
  • €
  • ₽
  • ₺
  • £

Geomaqnit qasırğalarının çoxalmasının səbəbi

Geomaqnit qasırğalarının çoxalmasının səbəbi
12.09.2018 13:16
Yer kürəsində başlayan geomaqnit qasırğası G1 səviyyəsindədir, Kp indeksi 6 olub.

Bunu Oxu.Az-a açıqlamasında Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.

Onun sözlərinə görə, geomaqnit qasırğasının indeksi maksimum 9 olur:

"Bu da orta həyacanlaşma sayılır. İnsanlar, əsasən, qasırğanın gücü G4 səviyyəsində olanda bunun səhhətlərinə mənfi təsirini hiss edirlər. Hazırda Günəşin üzərində alışmalar və ləkələr, demək olar ki, yoxdur. Həyacanlaşmalar var. Amma bizim onu hiss etmirik.

Ötən gün geomaqnit qasırğası orta səviyyədə olub. Xəstə insanlarln halsızlıq, baş ağrıları, təzyiq hiss etmələri mümkündür. Oktyarın 9-na kimi sakitlik müşahidə olunacaq”.

Namiq Cəlilov bildirib ki, günəş yanıb bitdikdən sonra bəşəriyyət məhv olacaq:

"Yer Günəş sisteminə daxil olan planetlərdən biridir. Hər şey Günəşdən gələn enerjiyə bağlıdır. Günəş və sisteminin yaşı hazırda dörd milyard ilə yaxındır.

Təqribən yarısı yaşanıb. Günəş yanır. Proses bitdikdə bütün planetlər Günəşin üzərinə töküləcək. Bu zaman həyat, o cümlədən bütün planetlər yoxa çıxacaq. Buna milyard illər lazımdır. Çünki çox zəif prosesdir”.

Qeyd edək ki, Günəşdə baş verən partlayışın Yerə təsiri sonuncu dəfə 2003-cü ildə hiss olunub. Həmin il X23 alışması aktivliyin maksimum fazasında baş verib. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol