• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz

Nazirlik: Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz
12.09.2018 20:28
Təhsil Nazirliyi bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlər qarşısında tələblər irəli sürməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib. 
Oxu.Az-ın məlumatına görə, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyevajurnalistlərə açıqlamasında bildirib ki, direktorların istər məktəbli formasının əldə olunması, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı tələb qoyması yolverilməzdir: 
"Bu cür məlumatlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır. Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər". 
Nazir müavini qeyd edib ki, forma məktəb tərəfindən müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır: "Valideynlərə müraciət edərək bildiririk ki, istər məktəbli forması, istər digər məktəb ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol