• $
  • €
  • ₽
  • ₺
  • £

150 gənc polis and içib

150 gənc polis and içib
13.09.2018 22:12
Sentyabrın 13-də bu il Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib.

-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
​
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Polis Akademiyasının bayrağı sıra meydanına gətirildi. Kursantlar and içmək üçün tağımlarla öz yerlərini tutdular. Kursantlar adından çıxış edən Fərid Rzayev bildirdi ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.
Valideynlər adından çıxış edən polis veteranı Mirqasım Cəfərov belə təntənəli mərasimlərdə valideynlərin də iştirakının ənənə halını aldığını vurğuladı və dedi ki, bu gün ölkənin ən aparıcı təhsil ocaqlarından biri olan Polis Akademiyasında təhsil almaq məsuliyyətlidir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev kursantları, onların valideynlərini salamladı, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırdı.

Qeyd olundu ki, ulu öndərin qayğısı ilə inkişaf yoluna çıxan bu təhsil ocağı da ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı sayəsində tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiyada aparılan geniş abadlıq və quruculuq işləri, həmçinin yeni tədris korpusunun, əlavə dərs və məşğələ otaqlarının tikilməsi, məhz bu istiqamətdə bütün imkanların səfərbər edilməsi sevindirici haldır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar. Yaradılmış şərait kursantların yaxşı oxumasına, asudə vaxtlarının səmərəli keçməsinə və ən ümdəsi, gələcəyimiz olan gəncliyimizin sağlam inkişafına yönəlmişdir. O, bu gün daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır.
​
Diqqətə çatdırıldı ki, təhsil ocağı beynəlxalq əməkdaşlıq sahəsində də nailiyyətlər əldə edir. Bir çox nüfuzlu tədbirlərdə fəal iştirak edən müəllim-professor heyəti kifayət qədər təcrübə əldə etmişdir və bunun nəticəsi olaraq, onlar ekspert qismində də müxtəlif ölkələrə dəvət olunurlar. ​Polis general mayoru N.Əliyev əmin olduğunu bildirdi ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaqdır.

Akademiya rəisi kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinə qədər öyrənməyi, öz xələfləri kimi üçrəngli bayrağımızı ucalara qaldırmağı tövsiyə etdi.

​Daha sonra tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatdı. ​Yeri gəlmişkən, o gün daha 150 gənc polis andı içdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol