• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabad sakinlərini qorxuya salan sirli varlıq – Məsələnin gizli tərəfləri… (Video)

Cəlilabad sakinlərini qorxuya salan sirli varlıq – Məsələnin gizli tərəfləri… (Video)
13.09.2018 18:35
Cəlilabadın Günəşli kəndində uzun müddətdir insanlar vəsvəsə içərisindədir. Kimliyi naməlum olan bir məxluq gecələr evlərin damlarına daş atır, pəncərələri qırır. Naməlum varlıq evlərə daxil olur, ev əşyalarını qarışdırır.
Kənd sakinlərinin News24.az-a verdiyi məlumata görə, kənddə polislər mühafizə çəmbəri yaratsa da, bu hadisələri törədənin kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Naməlum məxluqun eyni anda 3 evi qarışdırdığı bildirilib. Hadisə şahidlərinin dediyinə görə, o bir ailənin evinə daxil olub, evin gəlinini döyüb və üst-başını parçalayıb. Qorxudan şoka düşən qadın onun üzünü görmədiyini, həmin varlığın qara geyimli kişiyə bənzədiyini söyləyib.
Məsələni yerində araşdırmaq üçün müxbirlərimiz Cəlilabad rayonunun. Günəşli kəndinə üz tutdular.Təəssüf ki, telefonla zəng edib dəvət edən insanlar biz ora gedən kimi susdular, bizimlə danışmağa çəkinirdilər. Əldə etdiyimiz məlumata görə daha öncə telekanallara müsahibə vermiş bir neçə insan rəhbər qurumlar tərəfindən tənbehlənib. Buna görə də heç kim kamera qarşısına keçmək istəmədi. Özünü kənd bələdiyyəsinin başçısı kimi təqdim edən şəxsin çəkiliş qrupumuza qarşı kobudluğu da deyilənləri təsdiq edirdi.
Maraqlıdır ki, bələdiyyə sədri olduğunu iddia edilən şəxs, ümumiyyətlə kənddə belə bir hadisə olmadığını dedi. Ayrı-ayrı kənd sakinləri belə hadisənin baş verdiyini söyləsələr də, kamera qarşısında danışmaqdan imtina etdilər.
Minval.info xatırladır ki, bu hadisə ilə bağlı saytımız ötən ay xəbər dərc etmişdik. O zaman Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisinin müavini, polis polkovniki Orxan Mansurzadə bunları demişdi: "Çox təəssüf edirəm ki, həqiqəti əks etdirməyən xəbərlər yayılıb. Məsələni mahiyyəti bundan ibarətdir ki, valideyn nəzarətindən uzaq qalmış 2 qohum azyaşlı bir neçə evin damıına daş atıb. Onlar polis tərəfindən müəyyənləşib. Uşaqların valideyni və yaxın adamları ilə söhbət aparılıb, belə halların yol verilməzliyi onların nəzərinə çatdırılıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol