• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbi Şlümberji şirkəti ilə razılaşma imzaladı - FOTOLAR

Bakı Ali Neft Məktəbi Şlümberji şirkəti ilə razılaşma imzaladı - FOTOLAR
06.11.2014 14:12

6 noyabr  2014-cü ildə Bakı Ali Neft Məktəbi  və “Schlumberger Logelco Inc.” şirkəti arasında  əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanda  ölkə başçısı cənab İlham Əliyev  tərəfindən aparılan uğurlu neft  strategiyasından bəhs edərək  bildirmişdir ki, Azərbaycan dünyada  sənayə üsulu ilə ilk neft  çıxaran ölkədir, hansı  ki bu gün də neft-qaz və kimya  sənayesi ölkə iqtisadiyyatının inkişafında  əsas rol oynayır, mütəxəssislərin hazırlanması isə ARDNŞ-nin fəaliyyətinin inkişafında vacib istiqamətdir. ARDNŞ –nin  Azərbaycanda  və xarici ölkələrdə  həyata keçirdiyi  beynəlxalq layihələrdən danışarkən  E.Qasımov qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbi  ARDNŞ-nin strukturunda  fəaliyyət göstərən Ali Məktəbdir və  bu ali məktəbin  əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara cavab  verən,  ən müasir təlim və tədris texnologiyalarına yiyələnərək,  ölkəmizin təhsil prosesini ən yüksək səviyyədə inkişaf etməklə, eyni zamanda transmilli şirkətə çevrilmiş ARDNŞ-nin  ölkə kənarında geniş fəaliyyətini nəzərə alaraq  sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların  məhz öz ölkəmizdə yetişdirilməsidir. Bundan başqa Ali Məktəbin yaranma  tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında  ətraflı məlumat verən E.Qasımov  bildirmişdir ki, qısa müddət ərzində əldə edilmiş uğurlar, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsində mütəxəssis hazırlığının Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında ən müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyi, 2012-ci ildə tələbələrdən 11, 2013-cü ildə 15 nəfərinin, 2014-cü ildə isə 17 nəfərin Prezident təqaüdünə layiq görüldüyü barədə  məlumat vermişdir. Daha  sonra hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusun  növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağların diqqətinə çatdırmışdır.

Üç il öncə yaradılmasına baxmayaraq artıq Azərbaycanın ali məktəblərinin reytinq cədvəlində ən yüksək yerdə duran Bakı Ali Neft Məktəbində olduğundan məmnunluq bildirən Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri cənab Vilyam Qreys şirkətin dünyanın 85 ölkəsində fəaliyyət göstərdiyini və hazırda dünyanın neft və qaz yataqları üzrə xidmət göstərən ən irimiqyaslı şirkəti olduğunu bildirmiş, əsasən qazma və hasilat problemlərinin həllində iri şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırmış və şirkətin kadr siyasəti haqqında məlumat vermişdir. İnsan resursları Şlümberje şirkəti üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Vilyam Qreys bu baxımdan ixtisaslı kadrlar onlar üçün qabaqcıl hədəf olduğunu bildirib və Azərbaycan Respublikasının neft-qaz sektoru üçün beynəlxalq səviyyəli mühəndislərin hazırlanması prosesinin bir hissəsi olmağa hazır olduğlarını qeyd etmişdir.

Tədbir çərçivəsində Şlümberji şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Vilyam Qreys şirkətin 3 başlıca istiqaməti (Layın xarakteristikası ,Qazma, İstehsal) əhatə edən fəaliyyəti haqqında təqdimatla çıxış etmişdir.

Tədbirin sonunda Elmar Qasımov və Vilyam Qreys Bakı Ali Neft Məktəbi ilə Şlümberji şirkəti əməkdaşlıq haqqında razılaşmanı imzalamışlar.   

Razılaşmanın məqsədi BANM-də yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Həmçinin sənəddə BANM-in əlaçı tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, fərqlə¬nən¬ tələbələrinə şirkətin mükafatlarının verilməsi, BANM-in kampusunda ixtisaslaşdırılmış tədris laboratoriyasının yaradıl-ması, şirkətin mütəxəssislərinin BANM-də müəllim qismində fənlərin tədrisinə cəlb olunması, BANM-in istedadlı tələbələrinə təqaüdlərin verilməsi və məzunları üçün karyera imkanlarının yaradılması,  2-ci və 3-cü kurs tələbələri üçün yay təcrübəsinin,kursların təşkili, şirkət tərəfindən BANM-də yaradılmış və orta məktəblərdə fəaliyyət göstərən “Gənc mühəndislər klubunun və dərnəklər”in işinə maddi yardım göstərilməsi müddəaları öz əksini tapmışdır. 

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol