• $
  • €
  • ₽
  • ₺
  • £

Efirdə dava: “Şəhidlərimizin ölümü şərəfsizdir?… Şəhid bacısı sizin kimi…” – Video

Efirdə dava: “Şəhidlərimizin ölümü şərəfsizdir?… Şəhid bacısı sizin kimi…” – Video
14.09.2018 21:23
"Space” TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində ölkədə fəaliyyət göstərən xəbər saytları müzakirə mövzusu olub.
Minval.info xəbər verir ki, proqrama dəvət alan müğənni Cavanşir Məmmədov media qurumlarından narazılığını dilə gətirib. O, yalan məlumatların mətbuatda dərc olunmasından bəhs edib, həmçinin saytların istinad mövzusundan söhbət açıb və bunun əleyhinə olduğunu qeyd edib.
Müğənni illər öncə getdiyi yas mərasiminlərdən birində molla ilə arasındakı dialoqdan danışıb: "Yas mərasimində idik. Molla çox savadlı olmağı ilə yanaşı məclisi yaxşı idarə edirdi. Ölüm haqdır, geci-tezi var, Allah qismət eləsin, biz də elə şərəfli ölək. Göydə təyyarədə partlamayaq, dənizdə batmayaq ki, tapıb dəfn edə bilsinlər. Yaxınlaşıb mollaya dedim ki, "efirdə öldüyümü eşitsən, gözləmə səni yasıma dəvət etsinlər, birinci özünü çatdır””.
Bu zaman verilişin qonaqlarından biri jurnalist Nuranə Abdullayeva sənətçinin "təyyarədə və dənizdə deyil, şərəfli ölək” sözlərinə etirazını bildirib. O, Cavanşir Məmmədova şəhidlərin də təyyarədə öldüyünü bildirərək müğənniyə iradını ifadə edib. Ardınca hər iki tərəf arasında gərginlik yaşanıb.
Cavanşir Məmmədov ona dediklərini yanlış anladığını və "şəhidin bacısı sizin kimi geyinib burada oturar?” deyib. Müğənninin bu sözlərindən sonra jurnalist köynəyini çiyinlərini çəkib və sənətçiyə hörmət etdiyini söyləyib. Amma C.Məmmədov "mənə hörmət etməyin” deyərək etirazını bildirib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol