• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyat İnstitunun açılışı oldu

İlahiyyat İnstitunun açılışı oldu
17.09.2018 10:46
Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) açılış mərasimi olub.

Unikal.org xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və məsul şəxsləri iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərildiyini vurğulayıb. O, Aİİ-nin yaradılmasını Prezidentin dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu qeyd edərək bu qərara görə bütün ilahiyyatçılar adından ölkə başçısına təşəkkürünü bildirib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövləti din xadimlərini daim diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir.

Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqı və institut heyətini təbrik edib, yeni təhsil müəssisəsinin quruculucuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə inamlarını ifadə ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol