• $
  • €
  • ₽
  • ₺
  • £

Dərslər başladı, yenə tıxaclar yarandı - Bəs BNA nə edir?

Dərslər başladı, yenə tıxaclar yarandı - Bəs BNA nə edir?
17.09.2018 12:00
Yeni tədris ilinin başlaması ilə əlaqədar paytaxt küçələrində və Bakı şəhərinin şimal girişində tıxaclar yaranıb. Bakı Nəqliyyat Agentliyi tərəfindən tıxacların azaldılması istiqamətində bir sıra işlər görülsə də, paytaxt küçələrində sıxlıq müşahidə edilir.
 
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, paytaxt yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin edilməsi istiqamətində işlər davamli olaraq aparılır. Bu məqsədlə yay mövsümündə yollarda hərəkətin intensivliyinin azalmasını nəzərə alaraq bir sıra layihələr icra edilib. 

"Buna misal olaraq Fəzail Bayramov küçəsində yol qovşağının altında təşkil edilən geridönməni göstərmək olar. Bunun sayəsində artıq həmin küçənin şərq hissəsində yaşayan sakinlər Yusif Səfərov küçəsinə birbaşa çıxış əldə ediblər. Bununla da günün pik saatlarında Xocalı və Babək prospektlərində sıxlığa səbəb olan nəqliyyat yükü bir qədər azalıb. Bundan başqa, Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qovşağının altında geridönmə təşkil edilib. Bunun sayəsində Xətai prospektindən Gənclik metrostansiyasına gedən nəqliyyat vasitələrinin Əhmədbət Ağaoğlu küçələrinə çıxışı asanlaşıb. Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Sabunçu-Zabrat istiqamətində Şəhər şossesinin Heydər Əliyev prospekti ilə kəsişməsində müəyyən dəyişikliklər edilib. Binəqədi rayonu İbrahimpaşa Dadaşov və Şövkət Məmmədova küçələrinin Süleyman Sani Axundov küçəsi ilə kəsişmələrində nəqliyyat vasitələrinin hərəkəti bir tərəfli təşkil edilib”. 

M.Ağayev qeyd edib ki, hazırda 3-cü mikrorayon dairəsində günün pik saatlarında müşahidə edilən tıxacın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. "İcrada olan digər bir layihə Əhməd Rəcəbli və Cəfərxəndan küçələrinin kəsişməsi ilə bağlıdır. Qeyd edilən ünvanda hərəkətin növbəliliyini təmin etmək üçün işıqforun qoyulması planlaşdırılır. Bunun nəticəsində həmin ərazidə günün pik saatlarında müşahidə olunan tıxac aradan qalxacaq. Yaxın vaxtlarda digər küçə və prospektlərdə də işlərə başlanılması planlaşdırılır. Buna misal olaraq İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsini, Tbilisi prospektini göstərmək olar. Bu sadalananlar mövcud infrastruktura edilən və edilməsi planlaşdırılan işlərdir. Lakin digər bir istiqamət dayanma-durma və parklanma yerləri ilə bağlı tətbiq ediləcək yeniliklər və dəyişikliklərlə şəhərdə hərəkətin intensivliyini təmin etməkdir. Bu məqsədlə xüsusəndə şəhərin mərkəzi yollarında təhlillər aparılıb. Artıq əldə edilən nəticlərə uyğun layihə də hazırlanıb. Qeyd edim ki, bu layihə Bakı şəhərinin mərkəzində tıxacın aradan qaldırılması baxımından əhəmiyyətlidir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol