Bakı metrosunda problem

Bu gün səhər saat 07:21 radələrində metronun Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən 12 saylı marşrutunun son vaqonunda nasazlıq qeydə alınıb. Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. N. Paşayevin sözlərinə görə, qatar Qara Qarayev stansiyasında sərnişinləri boşaldıb dalana verərək, daha sonra depoya göndərilib. “Bu zaman 7 dəqiqəyə yaxın gecikmə qeydə alınıb. Bunun nəticəsi olaraq intervalın normallaşdırılması üçün bəzi xırda ləngimələr meydana gəlib”, - deyə o əlavə edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























