• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli saxta əlillik verilməsindən danışdı

Hadi Rəcəbli saxta əlillik verilməsindən danışdı
17.09.2018 16:00
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyəti qənaətbəxş hesab etmədiyini açıqlayıb. Nazir qeyd edib ki, əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır: "Qanunla əlillik dərəcəsi almağa hüququ çatanların haqları süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Eyni zamanda, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir. Belə hallara yol verən əməkdaşlar aşkar edilərək heç bir güzəşt olmadan sərt şəkildə cəzalandırılacaq”.

S.Babayev deyib ki, Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birgə müəyyən bir dövr üzrə əlillik təyinatları ilə bağlı araşdırmalar aparılır: "Artıq risk qrupu xəstəlikləri ilə əlaqədar saxta tibbi sənədlər tərtib olunmaqla rəsmiləşdirilmiş göndərişlər əsasında verilmiş bəzi yanlış əlillik təyinatları ləğv edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir”.

Anews.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli nazirin bu istiqamətdə verdiyi tapşırıqların təqdirəlayiq olduğunu bildirib:

"Biz qanun hazırlayan orqanıq. Saxta əlillik verilməsi hallarına nəzarət məsələsinə hüquq-mühafizə orqanları, prokurorluq baxır. Biz qanunda hər şeyi dəqiqliklə qeyd etmişik. Bu, direktiv sənədlərdə də tənzimlənir. Yaxşı olar ki, icra mexanizminin həyata keçirilməsinə ciddi nəzarət edilsin. Biz çox sevinirik ki, artıq belə tendensiya yaranıb. Çünki bizim qanunvericilikdə bununla bağlı hər hansı boşluq yoxdur. Biz qanunları hazırlamışıq və hakimiyyətin bir qolu olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun icrası ilə məşğul olur. Sevindirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə sağlamlaşdırma aparır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol