• $
  • €
  • ₽
  • ₺
  • £

14 yaşında hamilə qalan qızın başına nələr gəldi? — Bakıdakı cinayətin TƏFƏRRÜATI

14 yaşında hamilə qalan qızın başına nələr gəldi? — Bakıdakı cinayətin TƏFƏRRÜATI
17.09.2018 16:44
Xəzər Rayon Məhkəməsində 16 yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsin məhkəməsi başlayıb.

Anews.az "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən Həsənov Arzuman Zeynulla oğlunun məhkəmə prosesinə hakim Tərlan Əkbərov sədrlik edəcək. 

Xatırladaq ki, bu ilin iyun ayında Lerik sakini Möhtəmən Sadıxov Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıxovanın anası tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yayıb.

Bundan sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıxovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb.

Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb.

İyunun 27-də qızın anasından və Möhtəmən Sadıxovdan izahat alıb.

Möhtəmən Sadıxov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.

Xatırladaq ki, 14 yaşlı Leyla Sadıxovanın atası Möhtəmən Sadıxov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi.

Suraxanı rayonu İcra Hakimiyyətinin azyaşlılar və yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyasının əməkdaşları Hövsanda 14 yaşlı qızın toyunun təyin olunduğu şadlıq sarayında olublar və iyulun 1-nə təyin edilmiş toyun keçirilməsinin qanunsuz olduğunu onlara çatdırıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol