• $
  • €
  • ₽
  • ₺
  • £

Abid Şərifov: "Hacıbala Abutalıbova tövsiyə verə bilmərəm" - AÇIQLAMA

Abid Şərifov: "Hacıbala Abutalıbova tövsiyə verə bilmərəm" - AÇIQLAMA
18.09.2018 13:48
"79 yaşım var və artıq yaşlı adamam. Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyaçıyam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm".

BiG.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib.

Baş nazirin sabiq müavini mətbuatda onun səhhətində problem olduğu və bununla əlaqədar xaricə göndərildiyi barədə yazılanlara etiraz edib:

"Demək istəyirəm ki, hazırda evdəyəm və səhhətim normaldır. Nə vaxtsa da xaricə getmək fikrim yoxdur. Mənim xaricdə nə işim var? 23 il dövlətin bir vəzifəsində vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam".

Abid Şərifov onun keçmiş vəzifəsini hazırda icra edən baş nazirin müavini Hacıbala Abutalıbovun fəaliyyəti barədə danışmaq istəmədiyini deyib:

"Bu, mənim işim deyil. Mən tövsiyə verə bilmərəm. Hacıbala müəllimin fəaliyyətini mən yox, prezident qiymətləndirə bilər, bir də vətəndaşlar. Ancaq əsas cənab prezidentdir. Bu məsələ dah mənlik deyil".

A.Şərifov bundan sonra mətbuatla sıx təmasda olmaq istəmədiyini qeyd edib:

"Mətbuata açıqlamalar vermək istəmirəm. Zamanında çox açıqlamalar vermişəm. Daha bəsdir...".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol