• $
  • €
  • ₽
  • ₺
  • £

Baş həkimdən rüsvayçılıq: Suç üstə yaxalandı

Baş həkimdən rüsvayçılıq: Suç üstə yaxalandı
18.09.2018 14:15
Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev xəstəxananın həyətində qanunsuz olaraq ağac kəsdirdiyi üçün nazirlik tərəfindən cərimələnib.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. İ.İbrahimova bildirib ki, xəstəxananın həyətindəki ağac kəsintisi ilə bağlı toplanmış materiallar artıq prokurorluğa göndərilib.

Nazirlik sözçüsü bildirib ki, fakt ETSN və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd zamanı aşkar edilib.

İ.İbrahimova açıqlaması zamanı bildirib ki, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06 BC 908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

Araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub. Təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, redaksiyaya daxil olan məlumatda baş həkimin xəstəxana ərazisinə göz dikdiyi üçün ağacları kəsdirdiyi və yandırdığı, kəsdirdiyi ağacları isə evinə daşıtdırmaq istərkən yaxalandığı bildirilir.

Səməd Bəşarətdin oğlu Fətəliyev baş həkim vəzifəsinə bu ilin may ayında təyin edilib. Ona qədər xəstəxananın Reanimasiya şöbəsinin reanimatoloqu olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol