CNN, “Euronews”, BBC Bakıdan çəkiliş edəcək

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıdakı dünya çempionatını yayımlayacaq telekanalların adlarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, yayımçılar arasında CNN, "Euronews”, BBC kimi nəhəng telekanallar da var.
Bu il auditoriyanın rekord əhatə dairəsi olacaq. Çempionatı 190-dan çox ölkədə izləmək mümkün olacaq. 86 ölkə isə birbaşa öz telekanalları vasitəsilə çempionatı ekranlara gətirəcək. Azərbaycan ərazisində nüfuzlu yarış AzTV ("İdman Azərbaycan”) və "CBC Sport” telekanalları vasitəsilə yayımlanacaq.
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı sabah başlayacaq və sentyabrın 27-dək davam edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























