• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov: “Bakımızın inkişafı tıxaca səbəb olur”

Vaqif Əsədov: “Bakımızın inkişafı tıxaca səbəb olur”
19.09.2018 17:49
"Bakıda maşın və sürücü çoxdur. Bu da inkişafın yüksək səviyyədə olmasıdır. Bir ailədə 2 maşın var. Bununla da, 8 nəfərə bir avtomobil düşür”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, paytaxtda bütün günü yox, əsasən Pİk saatlarında sıxlıq yaranır.

"Sıxlığın yaranmasının səbəblərindən biri də mentalitetlə bağlıdır. Mentalitetimizlə bağlı xüsusi təhlükəli vərdişimiz var. Dayanma-durma, parklama qaydalarını pozuruq, deyirik ki, "əşşi, nə olacaq, 1 dəqiqəyə çıxıram”. Səs siqnalı vermək adət alıb. Hər kəs də tələbsiz birinci olmaq istəyir.

Düşünürəm ki, hər şey yaxşıdır və yüksək səviyyədədir. Sadəcə bütün sahələrdə olduğu kimi inkişaf var deyə, deyirik ki, yolda rahat və fasiləsiz gedək. Bunun üçün də bütün qaydalara düzgün əməl etmək lazımdır”, - deyə Vaqif Əsədov bildirib. 

Qurum rəsmisi deyir ki, Bakıda tıxacları sensasiya kimi qəbul etmək düzgün deyil. Bundansa bilmək lazımdır ki, sıxlıq haradan yaranır:

"Niyə tıxacları yol polisilə bağlayırıq? Ölkədə bir milyon 400 min nəqliyyat vasitəsi var. Onun 72 faizi Bakı şəhərində idarə edilir.

670 yol kəsişmələri, 300-ə yaxına yaxın işıqforla tənzimlənən yol kəsişməsi var. Yolların uzunluğu 2300 km-dir. İndi özünüz bunu analiz edin”.

Qeyd edək ki bu gün səhər saatlarından başlayaraq Bakının əksər hissələrində böyük tıxac yaşanıb.

Baxmayaraq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçməsilə bağlı məlumat yaymışdı. Lakin senytabrın 17-dən bəri şəhərdə hərəkət çətinləşib. Sosial şəbəkələrdə də bununla bağlı yol polisi sərt tənqid olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol