• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda evli qadın onu intim fotolarla şantaj edən sevgilisini bağışladı

Bakıda evli qadın onu intim fotolarla şantaj edən sevgilisini bağışladı
19.09.2018 13:09
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Anews.az "Report"a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş qadın çıxışında təqsirləndirilən şəxsi bağışladığını bildirib. O deyib ki, anası yuxusunda E.İsmayılovun oğlunu görüb: "Anam bu barədə mənə dedi. Söylədi ki, onun oğlu atasını istəyir. Mən də Elvini bağışlayıram. Ona yüngül cəza verilməsini tələb edirəm. Elvinin bütün xərclərini qarşılayacam".

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, E.İsmayılov tanışı olan Rəna Məmmədovanı (ad və soyad şərti) şantaj edərək pul tələb edib.

O, R.Məmmədova ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra E.İsmayılov R.Məmmədovanı şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib.

E.İsmayılov bu şəkilləri yaymamaq üçün qadından 10 min manat pul tələb edib. Daha sonra R.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.İsmayılov həbs edilib.

Məhkəmədə E.İsmayılov özünü təqsirli bilmədiyini deyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol