• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı faciəvi qəzada ölən gəncin FOTOLARI

Bakıdakı faciəvi qəzada ölən gəncin FOTOLARI
21.09.2018 13:03
Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov yeni model 99 MH 441 dövlət qeydiyyat nişanlı "Hyundai Elantra”nın sürət qutusunda yaranmış problemlə bağlı ustaya müraciət edib. Dünən təmir prosesindən sonra avtomobil sahibi, onun dostu Həsən Məmmədsadıqov və avtomobil ustaları ilə birgə maşının vəziyyətini yoxlamaq üçün yola çıxıblar.

Avtomobil Nobel prospektində hərəkətdə olarkən hələlik dəqiqləşməyən səbəbdən sürücü sürət həddini nizamlaya bilməyib. İlkin ehtimala görə, sürət qutusunda yaranan problem səbəbindən avtomobilin idarəetməsi mümkünsüz olub və dəhşətli qəza baş verib.

Bəzi məlumatlarda avtomobildə qaz balonunun partladığı bildirilsə də, bu iddia təsdiqini tapmayıb. Artıq vəfat edən gənclərin cənazələri ailələrinə verilib və onlardan avtomobil ustası, Bilalov Hafiz Cəlaləddin oğlu doğulduğu Qəbələnin Aydınqılşaq kəndində dəfn edilib.

Qeyd edək ki, dəhşətli qəzada sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olub.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

Avtomobil ustası Hafiz Bilalovun bəzi fotolarını təqdim edirik:



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol