• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Quliyev üçün özəl gün

Elçin Quliyev üçün özəl gün
22.09.2018 09:45
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin doğum günüdür.

AzVision.az-ın məlumatına görə, Elçin İsağa oğlu Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil alıb, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib.

1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib.

27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək milli təhlükəsizlik nazirinin (Keçmiş MTN) müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Prezidentin 31 iyul 2002-ci il tarixli 743 nömrəli fərmanı ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib, 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.

Ölkə başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. E.Quliyevə prezidentin 15 avqust 2001-ci il tarixli fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

Bu il avqustun 16-da ölkə başçısının imzaladığı sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Quliyev Elçin İsağa oğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, E.Quliyev 2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Ailəlidir, dörd övladı var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol