• $
  • €
  • ₽
  • ₺
  • £

“Bandotdel”in yeni rəisi kimdir? - FOTO

“Bandotdel”in yeni rəisi kimdir? - FOTO
05.11.2014 12:01
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimovun təyinatı dünən nazirin əmri ilə baş tutan kadr dəyişikliyinin ən gözlənilməzi idi. ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov isə Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunub.Mirqadar Seyidovu əvəzləyən Seyfulla Əzimov isə Quba Rayon Polis Şöbəsinin rəisi idi. Onun adı qubalılara daha çox tanış olsa da, Əzimovun ulduzu ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var. Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bandotdel”) etibar olunur və bildiyimiz kimi, dünən nazir onunla bağlı əmr verib.Maraqlıdır ki, bir neçə il ərzində ardıcıl vəzifə təyinatı alan Əzimovla bağlı mediada çox az məlumata rast gəlmək olar. Rəisin şəkli isə mediada, ümumiyyətlə, yayımlanmayıb. ADNA-da baş verən terror hadisəsini əks etdirən kadrlardan əldə etdiyimiz fotoları təqdim edirik:ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol