• $
  • €
  • ₽
  • ₺
  • £

175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA

175 nömrəli avtobusda nə baş verib? – RƏSMİ AÇIQLAMA
22.09.2018 14:00
Bəzi informasiya saytlarında və sosial şəbəkələrdə 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusdan sərnişinlərin düşürülməsinə dair məlumat yayılıb.

Məsələ Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılıb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, müəyyən edilib ki, 14.09.2018-ci il tarixində saat 18:30 radələrində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus "28 May” metrostansiyasının qarşısından Hövsan qəsəbəsi istiqamətində hərəkətə başlayıb.

Lakin, həmin ərazidə tıxac olduğundan avtobus uzun müddət hərəkət edə bilməyib. Bu zaman sərnişinlər sürücüdən avtobusun qapısını açmağı və onların düşməsinə şərait yaradılmasını tələb ediblər.

Sürücü öz növbəsində bu barədə "BakuBus” MMC-yə məlumat verdikdən sonra sərnişinlər ücün müvafiq şərait yaradıb. Bir neçə sərnişin istisna olmaqla, qalanları avtobusu tərk edib. Avtobusdan düşməyən sərnişinlər tıxac aradan qalxandan sonra, avtobusun salonunda olan sərnişinlərlə birgə Hövsan qəsəbəsi istiqamətinə yollanıb.

Məsələnin həqiqətə uyğun olmayan tərzdə təqdim edilməsi təəssüf doğurur. Media nümayəndələrindən bir daha xahiş edirik ki, müntəzəm sərnişindaşıma ilə bağlı hər hansı bir məlumatı dərc etməzdən öncə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol