• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı polisi kartof satır? - ŞOK VİDEO

Bakı polisi kartof satır? - ŞOK VİDEO
05.11.2014 10:34
Bakının Maştağa sakinləri polis əıməkdaşının vətəndaşların məhsullarını əlindən alaraq satdığı barədə şikayət ediblər. Bu barədə aznews.az saytı yazıb.Bildirilib ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır.Bununla bağlı maraqlı görüntülər yayılıb. İddia olunur ki, polis əməkdaşı avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır.Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə araşdırma aparılır. Rəisin sözlərinə görə, səslənən iddialar barədə hələlik heç bir sübut yoxdur.“Düzü mən inanmıram ki, polis əməkdaşı belə şey etsin. Bu hələlik təsdiqini tapmayıb. Görüntülərdə bilinmir ki, polis məhsul satır, yaxud onlara baxır. Bəlkə polis əməkdaşı yoxlama aparır. Düşünürəm ki, bu həqiqətə uyğun olmayan informasiyadır”, - deyə Qalib Rəhimov bildirib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol