• $
  • €
  • ₽
  • ₺
  • £

“Hacı Mazan” yerin altına “bomba” basdırıb? - VIDEO

“Hacı Mazan” yerin altına “bomba” basdırıb? - VIDEO
24.09.2018 15:44
Qalmaqalları məşhur olan və "Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun daha bir qanunsuz əməli üzə çıxıb. 

Anews.az BakuPost-a istinadən xəbər verir ki, iş adamı Yeni Yasamal qəsəbəsində inşa etditdiyi binanın arxasından keçən qaz, işıq və su xətlərini torpağın altına basdırıb. 

Vaxtilə bu xətlərin hamısı yerin üstü ilə çəkilsə də, "Hacı Mazan” yeni qeyri-yaşayış obyektləri tikmək və satışa çıxarmaq üçün qaydaları yararaq, yerin səthini təxminən 5 metr aşağı endirib. Bu səbəbdən qaz, işıq və su kəmərlərinin yeri dəyişdirilib. Beləliklə, yerin üstü üçün nəzərdə tutulmuş xətlər, o cümlədən təhlükəli qaz xətti yerin altına basdırılıb.

Qeyd edək ki, həmin ərazi qayalıq olduğundan, qaz sızması böyük faciəyə səbəb ola bilər. Belə ki, qayalıqda qaz sızması özünü büruzə vermir və sızan qaz qayaların arası ilə geniş əraziyə yayılır. 

Artıq "Azəriqaz” İstehsalat Birliyi yaranmış təhlükəli vəziyyətlə bağlı hərəkətə keçib. İB-nin əməkdaşları bir neçə gündür, əraziyə baxış keçirir, ölçü işləri aparır. Təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib.

"Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məsələ ilə bağlı BakuPost-a açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol