• $
  • €
  • ₽
  • ₺
  • £

Ölümә çarә tapan azərbaycanlı alim DANIŞDI

Ölümә çarә tapan azərbaycanlı alim DANIŞDI
04.11.2014 23:45

Rusiyada azərbaycanlı alim unikal kəşf edib. 

 Cavanlığın sirrini tapdığı bildirilən bu azərbaycanlı elm adamının kəşfi böyük marağa səbəb olub.ANS TV-nin məlumatına görə, Domodedovo şəhəri yaxınlığındakı Avdotino kəndində yaşayan azərbaycanlı biofizik Eldar Qasımov elmdə inqilabi kəşf etdiyini iddia edir. Alim kəşfi ilə insan ömrünü uzatmağa və insanın daim cavan saxlamasına nail olmağa çalışır. Hüceyrədə əsas enerji mənbəyi olan ATF-in əmələ gəlmə prosesinin elmə məlum olduğu formada deyil, fərqli şəkildə baş verdiyini deyən Eldar Qasımovun sözlərinə görə, məhz onun kəşf elədiyi prosesi tətbiq edərək gələcəkdə insan orqanizmində yaranan müxtəlif xəstəliklərin dərmanının tapılması yolunda irəliləyiş əldə etmək mümkündür.“Bir çox xəstəliklər və insan ömrüylə bağlı problemlər hələ də həll edilməyib. Bunun səbəbi isə bizim bioenerjini doğru bilməməyimizdən qaynaqlanır. Biz vücudumuzdakı enerji dövranını bilmirik. Araşdırmamızın da əsas məgsədi vücudumuzdakı enerjinin meydana gəlməsi ilə sərf edilməsi arasındakı münasibətlər mexanizmasının ortaya çıxarılması olub”, deyə alim bildirir.Ölümsüzlük həbi olmadığını deyən azərbaycanlı alim ancaq ömrün uzaması üçün bunlara diqqət edilməsini tövsiyə edir:“İnsanın sağlam və uzun ömür sürməsi üçün onun hər gün iki litr su içməsi lazımdır. İkincisi, insan vücudu kifayet qədər dincəlməlidir. İmmun sistemini gorumaq üçün hər bir insanın sutka ərzində 8 saat yatması şərtdir. Bunu həkimlər də deyirler. 30 yaşından sonra isə hər bir insan argeninlə zəngin olan qidalar yeməlidir. ən önəmlisi isə sağlam yaşamaq üçün insan hər gün hərəkət etməlidir. Bunun norması isə gündə 10 km-dir”.Hazırda Nyu york akademiyasının həqiqi üzvü olan Eldar Qasımov 1977-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. Daha sonra təhsilini Leninqrad Dövlət Universitetində davam etdirən azərbaycanlı elm xadimi uzun illərdir ki, Rusiyanın qabaqcıl elm müəssisəlrində fəaliyyət göstərir. 60-dan çox elmi kitabın müəllifi olan Eldar Qasımov kəşfini patentləşdirməyi düşünür.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol