• $
  • €
  • ₽
  • ₺
  • £

Qardaşı “İrşad Electronics”in rəhbərinin ölümü ilə bağlı hər şeyi açdı: "Ailəsi, övladları..." - FOTOLAR

Qardaşı “İrşad Electronics”in rəhbərinin ölümü ilə bağlı hər şeyi açdı: "Ailəsi, övladları..." - FOTOLAR
24.09.2018 18:03
Sentyabrın 14-də dünyasını dəyişən və intihar etdiyi bildirilən "İrşad Electronics” MMC-nin rəhbəri İrad Hacıyevin ailəsi mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev Publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin. Həm də onun maddi sıxıntısı, problem yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun ölüm faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol